İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) Fordodakı nüvə obyektindəki tikinti barədə məlumat verib.
TASS xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
“Bu barədə MAQATE-ni məlumatlandırdıq və heç bir şeyi gizlətmədik. İranın nüvə sahəsində bütün hərəkətləri MAQATE-nin nəzarəti altındadır. Agentliyə siyasi məsələlərdən çəkinməyi tövsiyə edirik. Bu, həm MAQATE-nin nüfuzunu, həm də təşkilatın İranla əməkdaşlığını qorumağa kömək edəcək”, - o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl İranın “Fordo” uran zənginləşdirmə zavodunun yaxınlığında yeraltı obyektin tikintisi ilə bağlı fotolar yayılmışdı.