“İslam dövləti” qruplaşmasının rəhbərləri İraq ordusunun hücumundan xilas olmaq üçün Qərbi Mosuldan qaçırlar.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İraqın federal polisinin komandanı, general-leytenant Raid Şakir Caudat bəyan edib ki, yaraqlılar rayondan bir-biri ilə əlaqəni itiriblər, onların liderləri isə şəhərdən qaçırlar. Onun sözlərinə görə, terrorçular özlərini itirmiş və pərişan haldadırlar.
“Səhra kəşfiyyatımız terror təşkilatının dağıldığını, liderlərinin isə Mosuldan qaçaraq canlarını qurtardığını müşahidə edib”, - İraq komandanı bildirib.
N.О.
www.oxu.az