“İslam dövləti” terror təşkilatı Rusiyanın Həştərxan vilayətində iki polisin qətli və Rusiya Qvardiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə yaraqlıların fəaliyyətinin monitorinqi ilə məşğul olan SITE Intelligence Group şirkəti məlumat yayıb.
Qeyd edək ki, aprelin 4-də Həştərxan şəhərində yol-nəqliyyat hadisəsinin iştirakçıları iki polis işçisini güllələyərək öldürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumda şübhəli bilinən iki şəxsi saxlayıblar, daha beş cinayətkar isə hadisə yerindən qaçmağa müvəffəq olub.
Aprelin 6-na keçən gecə naməlum şəxslər Həştərxan şəhərində Rusiya Qvardiyasının üç əməkdaşını avtomobildən atəşə tutublar. Atışma nəticəsində güc strukturlarının üç əməkdaşı yaralanıb, yaraqlılardan biri isə məhv edilib.
S.B.
www.oxu.az