Moskvanın Kazan vağzalında şübhəli bağlamaya görə mindən çox insan təxliyyə edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “İnterfax” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
“Kazan vağzalının binasında, kassaların yaxınlığında şübhəli bağlama aşkarlanıb. Hazırda insanlar təxliyyə olunur”, - agentliyin sözçüsü bildirib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
S.B.
www.oxu.az