“İslam dövləti” təşkilatının terrorçuları şənbə günü Suriyanın Əl-Bab şəhərində 40 dinc sakini edam ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS agentliyi “Əl-Mayadin” telestansiyasına istinadən məlumat yayıb.
Suriya hökümət qüvvələrindəki mənbə bildirib ki, İŞİD yaraqlıları dinc vətəndaşlardan “canlı qalxan” kimi istifadə edirlər.
Qeyd olunur ki, Suriya ordusu Hələbdən 36 kilometr şimal-şərqdə yerləşən Əl-Bab şəhərinin terrorçulardan azad edilməsi üçün əməliyyatlara başlayıb.
S.B.
www.oxu.az