“İslam dövləti” terror təşkilatının yaraqlıları Mosul şəhərində İraq hərbçilərinə qarşı terror aktlarının icrası üçün uşaq-kamikadzelər hazırlayıblar.
Bu barədə Oxu.Az “İnterfax” agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, İŞİD azyaşlı terrorçu-kamikadzeləri Mosulun qıraq məhəllələrindəki evlərdə yerləşdirir.
Onlara hərbçilər mənzillərdə təmizlik əməliyyatlarına başlayanda özlərini partlatmaq tapşırılıb.
Həmçinin bildirilir ki, terrorçular Mosulun qərb hissədində dinc əhalidən “canlı qalxan” kimi istifadə etməyi planlaşdırırlar.
S.B.
www.oxu.az