İspaniyada məhkəmə ölkənin Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin Türkiyəyə səfərinə icazə verməyib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, müvafiq qərar hüquqi instansiya tərəfindən qəbul edilib.
Qərarda Qomesin Ankaraya səfərinə icazə verilməməsi əksini tapıb. Bununla belə, məhkəmə B.Qomesə Böyük Britaniyaya getməyə icazə versə də, səfərdən sonra pasportunun təhvil verilməsini tələb edib.
Qeyd edək ki, iyunun 20-də hakim Xuan Karlos Peinado B.Qomes barəsində araşdırmaya başlanması haqqında qərar qəbul edib. Ehtiyat tədbiri olaraq onun pasportunun müsadirə olunması və ölkədən çıxışına qadağa qoyulub. Buna görə də Qomes əvvəlcə NATO sammitinə, daha sonra isə Londonda qızının məzuniyyət mərasiminə qatılmaq üçün məhkəmədən icazə istəmişdi.
Xatırladaq ki, istintaq 2024-cü ildən başlayıb. B.Qomes vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya və biznes fəaliyyətində qanunsuz üstünlük əldə etməkdə ittiham olunur. Prokurorluq işin bağlanmasını tələb etsə də, ifrat sağçı "Hazte Oir" təşkilatı onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir.