İyunun 21-də İsrail Hərbi Hava Qüvvələri İranın qərbində daha bir yüksəkrütbəli fələstinli hərbçini - "Əl-Qüds qüvvələrinin "190-cı bölməsi"nin komandiri Behnam Şəhriyarini öldürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF - SAXAL) məlumat verib.
İsrail tərəfinin bildirdiyinə görə, Şəhriyari HƏMAS, "Hizbullah" və husilər də daxil olmaqla, bölgədəki iranpərəst qruplaşmaları silahla təmin etməkdən məsul olub.
SAXAL əlavə edib ki, Şəhriyari Livan və Türkiyədəki əlaqələrindən istifadə edərək, saxta şirkətlər, valyuta dəyişdirənlər və kuryerlər şəbəkəsi vasitəsilə bu cür qruplaşmalara pul köçürməsini də təşkil edib.
İran qüvvələrinin Fələstin "Qüds" korpusunun komandanı Səid İzadi Qum şəhərində "nöqtə əməliyyatı" nəticəsində mənzildə məhv edilib.
Oxu.Az-ın Newsru.co.il-ə istinadən xəbərinə görə, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.
Katsın sözlərinə görə, Səid İzadi 2023-cü il 7 oktyabr hücumu ərəfəsində HƏMAS-ı maliyyələşdirib və silahlandırıb.
Müdafiə naziri İzadinin məhv edilməsini "İsrail kəşfiyyatının və Hərbi Hava Qüvvələrinin böyük nailiyyəti" adlandırıb.