Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsrail bir neçə gün ərzində Qəzzada hərbi əməliyyatları genişləndirə bilər
İsrail ordusu yaxın günlərdə Qəzzada hərbi əməliyyatı gücləndirə və bunun üçün ehtiyatda olan onminlərlə əsgəri orduya çağıra bilər.
Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat verib.
Qeyd olunur ki, əməliyyatın genişləndirilməsi ilə bağlı qərar İsrailin Baş naziri Benyamin Netanyahunun kabinetinin mayın 3-də keçirilən iclasında qəbul edilib.
Məlumata görə, hərbi əməliyyatların intensivləşməsinin səbəbi Fələstinin HƏMAS hərəkatı ilə uzun sürən müharibənin uzanmasıdır.
Xatırladaq ki, qısa sürən atəşkəsdən sonra martın 18-də İsrail ordusu Fələstin anklavında hərbi əməliyyatları bərpa edib.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- İsrailin nümayəndə heyəti Qətərdən geri çağırıldı
- İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsinin sakinlərini təxliyə etməyə çağırır
- TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
- İsrail XİN Kallasın Qəzza ilə bağlı şərhlərini rədd edib və HƏMAS-a təzyiq göstərməyə çağırıb
- Fələstin uğrunda mübarizə: HƏMAS silahı yerə qoyacaq?