Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsrail ilk dəfə olaraq Livana ağır artilleriya yeritdi
İsrail Müdafiə Qüvvələri (IDF) Livanda quru əməliyyatı başlayandan bəri ilk dəfə olaraq ölkənin ərazisinə ağır artilleriya yerləşdirib.
Bu barədə Oxu.Az "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, bazar günü gecə 36-cı diviziyanın artilleriya bölmələri sərhəddən keçirilib.
Bildirilib ki, artilleriya bölmələri hazırda sərhədyanı bölgələrdə "Hizbullah" hərəkatının ikinci müdafiə xəttinə hücum edən IDF quru qüvvələrinə atəş dəstəyi verəcəklər.
Nəşrin qeyd etdiyi kimi, söhbət İsrail Müdafiə Qüvvələrinin 411-ci batalyonunun bölmələrindən gedir.
Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda "Hizbullah" qüvvələrinə qarşı "Şimalın oxları" əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi obyektlərinə irimiqyaslı zərbələr endirir. Elan edilib ki, məqsəd yəhudi dövlətinin şimal sərhəd bölgələrində on minlərlə sakinin geri qayıtması üçün təhlükəsiz şərait yaratmaqdır.
Sentyabrın 27-də Beyruta zərbələr nəticəsində "Hizbullah"ın baş katibi Həsən Nəsrullah həlak olub. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatı keçirdiyini elan edib.
"İsrail Müdafiə Qüvvələri" teqi üzrə xəbərlər
- İsrail ordusu HƏMAS-ın silah istehsalı bölməsinin komandirini öldürdüyünü bildirib
- İsrail Amsterdamda israillilərə hücumdan sonra xilasetmə əməliyyatına başlayacaq
- İsrail "Hizbullah"ın xüsusi təyinatlı dəstəsinin komandir müavinini öldürdü
- Livanın cənubunda İsrail bayrağı qaldırıldı
- İsrail Müdafiə Qüvvələri Livanda quru əməliyyatını mümkün qədər qısa müddətdə keçirməyi planlaşdırır
Rəylər