İsrail hərbçiləri "Hizbullah" hərəkatının silahlı qanadının "Radvan" elit dəniz qüvvələri bölməsinin komandiri Həsən Əhməd Sabrı öldürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, zərbə Livanın cənubunda yerləşən Kfur yaşayış məntəqəsi ərazisinə endirilib.
Bundan əlavə, SAXAL HƏMAS hərəkatının "Cəbəliyə" batalyonunun komandir müavini İyad Nasiri öldürüb.
Onunla yanaşı, "Cəbəliyə" batalyonunun mərkəzi bölüyünün komandiri Həsən Mahmud Maryi və HƏMAS-ın "Beyt Hanun" batalyonunun bölük komandirinin müavini Məhəmməd Zəki Həməd də zərərsizləşdirilib.
Qeyd olunur ki, hər üç şəxs 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumda iştirak ediblər.