İsrail aviasiyası Livanın şərq hissəsində yerləşən Baalbek bölgəsinə zərbələr endirib.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verib.
Hava hücumları nəticədə 12 nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
Qeyd edək ki, bu gün İsrail ordusu Livanda "Hizbullah"ın elit hərbi qanadı olan "Radvan" qüvvələrinə qarşı hava əməliyyatlarına başladığını elan etmişdi.
İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın Livandakı hərbi düşərgələrinə zərbələr endirib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, zərbə endirilən düşərgədə "Hizbullah"ın hərbi qanadının elit "Radvan" bölmələri təlim keçib. Eyni zamanda, burada silah anbarlarının yerləşdiyi müəyyən edilib.
İsrail tərəfi qeyd edib ki, "Hizbullah"ın Livan ərazisindəki fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasına xidmət edir.