İran Prezidenti Məsud Pezeşkian ölkənin kəşfiyyat naziri Seyid İsmayıl Xətibinin öldürüldüyünü rəsmən təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
İsrailin müdafiə naziri İsrael Kats İranın kəşfiyyat naziri İsmail Xatibin öldürüldüyünü təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri yazıb.
O, İsmail Xatibin ötən gecə zərbə nəticəsində öldürüldüyünü bildirib.
Kats həmçinin qeyd edib ki, o və İsrailin Baş naziri Benyamin Netanyahu əlavə təsdiqə ehtiyac olmadan hərbçilərə digər yüksəkvəzifəli İran rəsmilərinin də öldürülməsi üçün icazə veriblər.
İsrail İranın kəşfiyyat naziri İsmail Xatibi öldürməyə cəhd edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "N12" "Telegram" kanalı İsrail mənbəsinə istinadən məlumat verir.
"Ötən gecə biz İran kəşfiyyat nazirini aradan götürməyə cəhd etdik. Hücumun nəticələrini gözləyirik, amma görünür, hər şey qaydasındadır", - deyə mənbə bildirib.