İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.
İyunun 1-də Baş Qərargah rəisi hərbi əməliyyatların Qəzzanın həm cənubunda, həm də şimalında əlavə ərazilərə genişləndirilməsi barədə göstəriş verib.
Qeyd edək ki, mayın 18-də İsrail ordusu genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzzanın şimal və cənub bölgələrində hərbi əməliyyatlara başlandığını elan edib.