İsraildə dini bayramın qeyd olunması zamanı baş verən bədbəxt hadisə zamanı iki nəfər həlak olub.
Onlardan birinin azyaşlı olduğu qeyd olunur.
Ümumilikdə 167 nəfər xəstəxanaya çatdırılıb ki, onlardan beşinin vəziyyəti ağırdır.
21:40
İsrailin Qivat-Zeyev şəhərində Şavuot dini bayramı qeyd olunan zaman bədbəxt hadisə baş verib.
Bu barədə İsrail mətbuatı yazıb.
Şəhərdə yerləşən sinaqoqda mərasim keçirilən zaman tribuna çöküb. Hadisə zamanı 60 nəfərin yaralandığı qeyd olunur.