İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həbsxanalardan qaçışların qarşısını almaq və mühafizə xərclərini azaltmaq məqsədilə Nil timsahlarından istifadə etməyi təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Heute" qəzeti məlumat yayıb.
"Nil timsahları ciddi rejimli yeni həbsxananın ətrafında təbii maneə kimi istifadə oluna bilər", - deyə o bildirib.
Bu ideyanın həyata keçirilməsi üçün İsrailin Ətraf Mühit Nazirliyi sürünənlərin hüquqi statusunu dəyişib. Bu isə təhlükəsizlik qurumlarına onları zooparklardan kənarda saxlamağa imkan verəcək.
Lakin heyvan hüquqları müdafiəçiləri İsrail hökumətinin bu planlarına tənqidi yanaşırlar. Mütəxəssislər vurğulayırlar ki, heyvanları heç bir halda "canlı siqnalizasiya sistemi" kimi qiymətləndirmək olmaz.
Onların sözlərinə görə, timsahlar növ xüsusiyyətlərinə uyğun daimi qulluq və ciddi nəzarət tələb edir.