İranın Həmədan şəhərində güclü partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, partlayış səsləri Nodceh Kabudər Ahəng aviabazasının ərazisində eşidilib.
Bundan əlavə, İran Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr ölkənin şimal-şərqindəki Məşhəd şəhəri üzərinə qaldırılıb.

Həmçinin İranın cənubundakı Buşehr liman şəhəri də hücuma məruz qalıb.
İsrail İranın Şiraz şəhərinə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı Şiraz şəhərində yerləşən raket istehsalı zavoduna zərbələr endirib.
Eyni zamanda İsfahan şəhəri də İsrail qırıcılarının hücumuna məruz qalıb.
İranın "Nour News" agentliyi ölkənin qərbində yerləşən Qəsri-Şirin və Kəngavər şəhərlərinin də hücuma məruz qaldığını yazıb.
İsrail qırıcıları həmçinin İrana hava hücumlarının ikinci dalğasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) Kermanşahdakı raket bazasını bombalayıb.