Avropa İttifaqından sonra İsveçrə də Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti rəsmi məlumat yayıb.
"Yenilənən siyahılara beş şəxs, dörd təşkilat və 41 gəmi əlavə edilib", - deyə açıqlamada qeyd olunub.