İtaliya A Seriyasının 5-ci turunda "Yuventus" doğma meydanda "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Turindəki "Allianz" stadionunda keçirilib.
Hesabı 28-ci dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Fransişku Konseysau açıb.
77-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Bremer matçda son nöqtəni qoyub - 2:0.
Bu nəticədən sonra "Yuventus" 5 oyundan 10 xal toplayaraq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Atalanta" isə 6 xalla 11-cidir.
Qaynar xətt:
(055) 224 12 12