İtaliya XİN Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra “G8” formatına qayıtmağa ümid edir, bunu nazirliyin rəhbəri Ancelino Alfano bəyan edib.
Oxu.Az “Ansa” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Bonnda “G20” sammitinin çərçivəsində deyib.
“İstək ondan ibarətdir ki, sanksiyalar mövzusunu dəf etdikdən sonra, “G8” formatına qayıtmaq mümkün olsun. Bu məqsəd üzərində iş gedir”, - Alfano deyib.
N.O.
www.oxu.az