İtaliyanın maliyyə polisi və gömrük xidməti Vado-Liqure limanında keçirilən genişmiqyaslı xüsusi əməliyyat zamanı 770 kiloqram kokain müsadirə edib. Partiyanın bazar dəyərinin təxminən 250 milyon avro olduğu bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə RMF-24 məlumat yayıb.
Narkotik maddələr Ekvadordan gələn soyuducu konteynerdə banan altlıqlarının arasında ustalıqla gizlədilisə də, hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini cəlb edib.
Bu müsadirə son illərdə limanda keçirilən ən böyük narkotik əməliyyatlarından biridir. Bundan cəmi üç həftə əvvəl Vado-Liqure limanında daha 340 kiloqram kokain ələ keçirilib.
Artan qaçaqmalçılıq hallarına görə İtaliya hökuməti liman nəzarətinin əhəmiyyətli dərəcədə gücləndiriləcəyini açıqlayıb.
