Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İtaliyada doğum nisbətini artırmaq üçün "şok terapiyası"na çağırış edildi
"İtaliyada demoqrafik vəziyyəti düzəltmək və doğum nisbətini artırmaq üçün "şok terapiyası" lazımdır".
Oxu.Az-ın "The Times" qəzetinə istinadla verdiyi məlumata görə, İtaliyanın Doğuma Yardım Fondunun rəhbəri Cici De Palo bu çağırışla çıxış edib.
"İtaliyaya "şok terapiyası" lazımdır - şirkətləri, bankları, şəhərləri və siyasi müxalifəti birləşdirəcək doğum siyasəti", - deyə o bildirib.
Onun sözlərinə görə, bir uşağın 18 yaşına çatanadək saxlanması dövlətə 178 min avroya başa gəlir, bundan sonra onlar çox vaxt başqa ölkələrin ÜDM-ini artırmaq üçün mühacirət edirlər.
De Palo nümunə olaraq Avropada doğum nisbətinə görə lider mövqe tutan Fransanı göstərib. Onun fikrincə, bu, ailədəki uşaqların sayından asılı olaraq vergilərin azaldılması ilə bağlıdır.
İtaliyada doğum nisbətinin azalması 2008-ci ildə başlayıb, hazırda ölkədə doğum əmsalı cəmi 1.21 uşaq təşkil edir.
Qeyd edək ki, Aİ-nin bir çox ölkələri artıq uzun müddətdir ki, əhalinin yaşlanması, aşağı doğum nisbəti və sosial təminat sistemlərinə artan yüklə üzləşir. ABŞ-li sahibkar İlon Mask da Avropa İttifaqı (Aİ) ölkələrində yaxınlaşan demoqrafik böhran barədə ciddi xəbərdarlıq edib və bu sahədə tənəzzülün qaçılmaz olduğunu vurğulayıb. O, demoqrafik çöküşü bəşəriyyətin üzləşdiyi ən böyük problem adlandırıb.
"İtaliya" teqi üzrə xəbərlər
- İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfər edib
- İtaliyanın baş naziri istintaq altındadır
- 19 yaşlı italiyalı velosipedçi məşq zamanı həyatını itirdi
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- İranda saxlanılan italiyalı jurnalistin azad edilməsinə İlon Mask köməklik göstərib?
Rəylər