İtaliyada 13 yaşlı yeniyetmə ayağındakı ağrılardan şikayət edib. Tibb müəssisəsində ona hərtərəfli müayinə tətbiq olunub. Rentgen nəticəsində məlum olub ki, uşağın kürəyində velosipedin əyləc rıçaqı var.
Oxu.Az xəbər verir ki, bu barədə "Ansa" agentliyi məlumat yayıb.
Bildirilir ki, 5.5 sm uzunluğunda olan metal parçası yara vasitəsilə bədənə daxil olaraq bel nahiyəsinə qədər çatıb və burada sinir kökü ilə təmasda olub. Həmin cismi bədəndən çıxarmaq üçün üç saatdan çox davam etmiş, olduqca mürəkkəb bir cərrahi müdaxilə tələb olunub.
Qeyd edək ki, uşaq 10 yaşı olarkən velosipeddən yıxılıb. Hadisədən sonra o, adi həyat tərzinə davam edib və idmanla məşğul olub. Lakin 13 yaşına çatdıqda ayağında tez-tez təkrarlanan ağrılardan şikayətlənməyə başlayıb. Məhz bu zaman yeniyetmənin kürəyində metal parçası aşkar edilib.