Kabil Beynəlxalq Hava Limanı raket atəşinə məruz qalıb.
Bu barədə Oxu.Az "Tolonews"a istinadən xəbər verir.
Şahidlərin sözlərinə görə, hava limanına 10-a yaxın raket atılıb.
Hava limanında olan şəxslər təxliyyə edilib, bütün uçuşlar təxirə salınıb.
Xatırladaq ki, bu gün Pentaqon rəhbəri Ceyms Mettis və NATO baş katibi Yens Stoltenberq Kabilə elan edilməmiş səfər ediblər.
N.О.