Çeçenistan rəhbəri Ramzan Kadırov öz gələcək planları ilə bağlı sualı cavablandırarkən bildirib ki, Allaha və xalqa xidmət etmək niyyətindədir.
Bu barədə “Qroznı” teleşirkəti məlumat yayıb.
Respublika başçısı oğlu Adamın “Instagram” hesabından canlı yayıma çıxıb və Rusiya prezidenti olmaq arzusu barədə fikirlərə münasibət bildirib.
“Rusiya prezidenti dünyanın ən yaxşı prezidentidir. Yaxşı prezident və yaxşı insandır. Müdrik, uzaqgörən və xarizmatik siyasətçidir. Buna görə də biz öz prezidentimizi dəstəkləyəcəyik”, -deyə Kadırov bildirib.
Qeyd edək ki, 2007-ci ildən respublika rəhbəri olan R.Kadırov bu göstərici üzrə Rusiyada birinci yerdədir. Onun yaxın zamanlarda federal vəzifələr tuta biləcəyi barədə şaiyələr gəzir.
View this post on Instagram
"Ramzan Kadırov" teqi üzrə xəbərlər
- Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
- Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video
- Çeçenistanda hava şəraitinə görə fövqəladə vəziyyət rejimi tətbiq olundu
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Kadırov ağır qəza şayiələri fonunda oğlu ilə birlikdə video paylaşdı
Digər xəbərlər