“Biz Gürcüstanın neft-qaz korporasiyasının səhmlərinin 25 fazini satmaq niyyətindəyik. Bu günlərdə bununla əlaqədar rəsmi bəyanat veriləcək”.
Oxu.Az xəbər verir ki, bu barədə Report-un Gürcüstan bürosuna ölkənin baş naziri, energetika naziri Kaxaber Kaladze bildirib.
Onun sözlərinə görə, korporasiyanın fəaliyyət sahəsinə Gürcüstanın bütün resursları, o cümlədən də qaz kəməri daxildir:
“Biz artıq səhmlərin alınmasına dair bir neçə təklif almışıq. SOCAR şirkəti də Gürcüstanın neft-qaz korporasiyasının səhmlərinin 25 faizini almaq niyyətindədir. Biz bütün təklifləri, o cümlədən də SOCAR-ın təklifini nəzərdən keçirəcəyik”.
N.O.
www.oxu.az