Kamerunlu Leonnel Messi Nqişi Rumıniyanın Otopeni şəhərində keçirilən üzgüçülük üzrə gənclər arasında dünya çempionatında 50 metr məsafəyə belüstü üzmə yarışının ilkin mərhələsində turnirdən diskvalifikasiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "World Aquatics" saytı məlumat verib.
Qeyd olunub ki, 14 yaşlı kamerunlu ilkin mərhələdə iştirak etsə də, yol verdiyi qayda pozuntusuna görə yarımfinala çıxa bilməyib.
Məlumat üçün əlavə edək ki, yarımfinal mərhələsində ən yaxşı nəticəni amerikalı Qevin Keoq göstərib.