Kanadanın Kvebek şəhərində məscidə hücum zamanı ölənlərin sayı altı nəfərə çatdı, səkkiz nəfər yaralıdır.
Oxu.Az xəbər verir ki, bu barədə polis nümayəndəsi Kristin Kulomba istinadən “France-Press” agentliyi məlumat yayıb.
Kulomb jurnalistlərə terror aktı zamanı 35-70 yaş arası altı nəfərin öldüyünü bildirib.
Daha öncə beş nəfərin öldüyü bildirilirdi.
Kanadanın baş naziri Castin Tryudo məscidə hücumu terror aktı adlandırıb.
10:27
Kanadanın baş naziri Castin Tryudo Kvebekdə İslam Mədəniyyət Mərkəzinə hücumu “qorxaq hücum” adlandırıb.
Oxu.Az xəbər verir ki, o, baş verənləri “Twitter” hesabında şərh edib.
“Bu gün bütün kanadalılar Kvebekdə məscidə qorxaq hücum nəticəsində ölənlərin ailələri ilə birgə itki acısını yaşayır. Mənim fikrim hücum zamanı həyatını itirən insanların doğmalarının və ailələrinin yanındadır”, - Tryudo yazıb.
Eyniadlı əyalətin hökumət başçısı Filipp Kuyyar, öz növbəsində sakinləri zorakılığa qarşı birləşməyə çağırıb.
Kvebekdə yanvarın 29-da axşam namazı zamanı üç silahlı şəxs İslam Mədəniyyət Mərkəzinə soxularaq, “Allahu Əkbər” qışqıraraq atəş açıblar. Hadisə zamanı binada 40-dan 100-ə qədər adam olub.
“Reuters”in məlumatına əsasən, üç silahlının açdığı atəş nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə gələn polis tərəfindən 2 nəfər şübhəlinin saxlanıldığı bildirilir. “Le Soleil”in məlumatına görə, onlardan birində “Kalaşnikov” avtomatı olub. Məlumata görə, üçüncü cinayətkar qaçıb.
N.O.
www.oxu.az