İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müstəqilliklə bağlı qərarını ləğv edib.
Оxu.Az TASS-a istinadən xəbər verir ki, məhkəmə qərarının açıqlandığı dəqiqələrdə Brüsseldə olan Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon dialoq başlayarsa, müstəqillik qərarını təxirə sala biləcəklərini bəyan edib.
O, Brüsselə getməsinin səbəblərini də açıqlayıb: "Mən bura legitim rəhbər kimi gəlmişəm. Kataloniya problemini Avropanın qəlbində anlatmaq istədim. İspaniya məhkəməsinin cinayətləri deyil, fikirləri mühakimə etdiyini göstərmək üçün gəldim".
N.H.