Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kazanda gecə klubunda Rusiya himninə görə atışma baş verib
Kazanda (Rusiya) karaoke-klubun yaxınlığında ziyarətçi və müəssisə əməkdaşlarının iştirakı ilə atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Arbatmedia" məlumat yayıb.
Hadisə yerinə polis və təcili yardım maşınları gəliblər. Qeyd olunub ki, kişi DJ-dən Rusiya himnini qoymağını istəyib, lakin müəssisənin işçiləri bunu rədd ediblər və bu da davaya səbəb olub.
Münaqişə zamanı ziyarətçi silahını çıxararaq havaya iki atəş açıb. Daha sonra iddiaya görə, müəssisə əməkdaşları silahlarını çıxarıblar.
5-tv.ru saytının məlumatına görə, hadisəni törədən 57 yaşlı yerli sakin 12 dostu ilə karaoke-kluba ad gününü qeyd etməyə gəlibmiş.
"Atışma" teqi üzrə xəbərlər
- Tennis matçı atışmaya görə dayandırıldı
- Moskvada dəhşət: Küçənin ortasında taksi sürücüsünə atəş açan şəxs qaçdı – ANBAAN GÖRÜNTÜLƏR
- Fransada atışma: Ölən və yaralanan var
- Paris dəmiryol stansiyasında atışma: Yaralananlar var
- Monteneqroda üçgünlük matəm: 10 nəfəri güllələyərək öldürən şəxs intihar etdi