Naməlum silahlılar Kərkükdə kürd telekanalı olan "Kurdistan TV"-nin operatorunu öldürüblər.
Оxu.Az bu barədə Milli.Az-a istinadən xəbər verir.
Hadisə ötən gecə baş verib. Silahlılar maskalı olublar.
Jurnalist öz evində ailəsinin gözü qarşısında qətlə yetirilib.
O, 13 il idi ki, yerli telekanalda çalışırdı.

N.H.