Cənubi Koreya fəalları Çin Xalq Respublikasına içində şirniyyat olan hava şarları yollayıblar.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya dövlət teleradio şirkəti KBS bildirib.
İyun ayının 21-də düzənlənən aksiyada 200-dən çox adam iştirak edib. Onlar 60 şar hazırlayıblar, bu şarlarda ümumilikdə Choco Pies də daxil olmaqla 300 kq snek yerləşdirilib.
Bu təşəbbüslə fəallar Şimali Koreyada aclıq çəkənlərə dəstək üçün çıxış ediblər. Qeyd edilir ki, Cənubi Koreyadan müntəzəm olaraq ÇXR-yə belə şarlarda gələn hakimiyyətə qarşı yazılar bu dəfə yox idi.
Fəallar bəyan ediblər ki, belə bağlamaları iki dövlət birləşməyənə qədər göndərəcəklər.
Choco Pies – ikiqat peçenyedən ibarət, üstü şokoladla örtülmüş şirniyyatdır, onun qiyməti 700 vondur (0,7 dollar). Şimali Koreya fəhləsinin orta aylıq əməkhaqqı təxminən üç min vondur (təxminən 3 dollar).