Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kir Starmer: "Biz İsrailin özünümüdafiə hüququnu dəstəkləyirik"
"Biz İsrailin özünümüdafiə hüququnu dəstəkləyirik".
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Kir Starmer bildirib.
O qeyd edib ki, hücumun nəticələrini qiymətləndirmək hələ tezdir.
"Mən İranın günahsız israillilərə zərər vurmaq və inanılmaz dərəcədə təhlükəli vəziyyəti gərginləşdirərək regionu uçurumun kənarına yaxınlaşdırmaq cəhdini pisləyirəm", - siyasətçi bəyan edib.
Baş nazir bildirib ki, İngiltərə İsraili dəstəkləyir və belə bir hücuma dözmək olmaz.
"İran bu hücumları dayandırmalıdır. O, çox uzun müddətdir ki, Yaxın Şərqi təhdid edir. Britaniya bu cür zorakılığa qarşı qətiyyətlə ayaqdadır", - o deyib.
Rəylər