Yeni Zellandiyanın maliyyə naziri Bill İnqliş baş nazir vəzifəsini tutacaq.
Oxu.Az xəbər verir ki, bu barədə TVNZ məlumat yayıb.
Telekanalın məlumatına görə, səhiyyə naziri Conatan Kolman və islah müəssisələrinin naziri Cudit Kollinz şansılarının az olduğu səbəbi ilə dekabrın 12-də baş tutacaq partiyanın bağlı iclasında iştirak etməkdən imtina ediblər.
Daha öncə Yeni Zellandiyanın baş naziri Con Ki istefasını elan edib.
N.O.
www.oxu.az