Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələrinin azı beş əməkdaşı Əs-Süveyda əyalətində baş vermiş silahlı hücum nəticəsində həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Jazeera" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Tel-Hadid kəndi üzərində nəzarəti təmin edən silahlı dəstələr Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Hadisə ilə bağlı əlavə məlumat verilmir.