Ermənistanın paytaxtı İrəvanda keçmiş qarnizon prokuroru Tiqran Sukiasyanın cəsədi Razdan çayından tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Armlur" nəşri məlumat yayıb.
Cəsədin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti İrəvanda Qələbə körpüsünün altından kişi cəsədinin tapıldığını təsdiqləyib. Nazirlik əlavə məlumat verməyib.
Hadisənin baş vermə səbəbləri müəyyən edilir.