Ukraynanın antikorrupsiya agentliklərinin əməkdaşları "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenkoya deputatları rüşvətlə satın almaqla bağlı ittiham irəli sürüblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Ukrainskaya Pravda" nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu bu səhər Timoşenkoya qarşı ittiham irəli sürüblər.
Daha əvvəl onun partiyasının ofisində axtarışlar aparılıb.
Y.Timoşenko özü isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.