Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

KİV: "Zelenski ikinci müddətə prezident olmaq istəyir"
Ukrayna Prezidenti Volodimir Zelenski ikinci dəfə dövlər başçısı postuna namizəd olmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın "Teleqraf" nəşri Zelenskiyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Hələlik bu məlumat rəsmi olaraq təsdiq və ya təkzib olunmayıb.
"İkinci müddətlə bağlı qərar qəbul edilib, 52% etimad səviyyəsi ilə Zelenskinin hələ də prezident seçkisində qalib gəlmək şansı var", - deyə mənbə bildirib. Teleqraf vurğulayır ki, hazırda Zelenskinin əsas rəqibi olan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıdır. Nəşrin yazdığına görə, Zalujnı hələ siyasi gələcəyi ilə bağlı yekun qərar verməyib.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Ali Rada ikinci cəhddən Zelenskinin səlahiyyətlərinin uzadılmasını dəstəklədi
- Ərdoğan: "Türkiyə olaraq sülhün təmin olunması üçün əlimizdən gələni edəcəyik"
- Zelenski öz NATO-sunu qurmaq niyyətindədir
- Trampın nümayəndəsi ilə Zelenskinin mətbuat konfransı ləğv edilib
- Tramp Ukraynada faydalı qazıntıların hasilatı üzrə sazişi dirçəltmək niyyətindədir