"Koenigsegg Agera" üçün bir milyon dollardan çox dəyəri olan unikal plyonka yaradılıb.
Oxu.Az motor.ru-ya istinadən xəbər verir ki, indi avtomobil 3.5 milyon dollar qiymətləndirilir.
"Koenigsegg Agera"nın kuzovuna bir milyon dollardan çox dəyəri olan boya vurulub. "Yiannimize" tüninq studiyası hiperkara mavi və ağ çalarlarda çiçək naxışlı xüsusi plyonka hazırlayıb. Tək nüsxədə hazırlanan plyonka "Agera"nın qiymətini 3.5 milyon dollara qaldırıb.
Doqquz il əvvəl, avtomobil təqdim olunanda, təxminən 1.8 milyon dollar qiymətləndirilirdi. Eksteryerindəki bəzəklərdən başqa, hiperkarda heç bir başqa dəyişiklik olmayıb.
Avtomobil "Koenigsegg SuperVettura" Britaniya dileri və "Always Sunday" interyer dizayn şirkətinin sifarişi ilə tək nüsxədə hazırlanıb. Onun sahibi "Agera"nın təsisçisi Leksi Uerhem-Dartdır. Hazırda ikiqapılı avtomobil avtosalonlardan birində nümayiş olunur.
Plyonkanın yaradılması üçün "Yiannimize" studiyası lüks divar kağızı istehsalçısı "Divine Savages" şirkəti ilə əməkdaşlıq edib.
Texniki hissə də əvvəlki kimidir. Kupe 1140 at qüvvəsi hasil edən 5.0 litrlik V8 mühərriki ilə hərəkətə gətirilir. Belə bir "Agera" 0-dan 100 kilometr/saat sürətə 2.8 saniyəyə çatır.
Rəylər