Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Koronavirus Gürcüstanı yenidən bürüdü
Son üç həftə ərzində Gürcüstanda koronavirus dominant virus olub.
Oxu.Az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.
"Laboratoriya tərəfindən təsdiqlənmiş məlumatlar göstərir ki, ölkədə hazırda koronavirus hadisələrinin ən yüksək sayı qeydə alınıb və bu, yay mövsümü üçün xarakterik deyil", - deyə Çxaidze bildirib.
Onun sözlərinə görə, maraqlısı budur ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində qeydə alınıb. Çxaidze əlavə edib ki, hazırda Gürcüstanda yayılan bütün viruslar, əsasən, yüngül formadadır.
"Koronavirus" teqi üzrə xəbərlər
- Koronavirusa yoluxub sağalmış insanlar daha tez-tez xəstələnirlər - TƏDQİQAT
- Koronavirus analığı məhv edir: BMT-dən hamiləlik zamanı ölüm statistikası ilə bağlı şok HESABAT
- Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI
- ABŞ koronavirusun mənşəyi haqqında öz versiyasını açıqladı
- COVID-19-un sonrakı fəsadlarından qaçmağın yolu açıqlandı - Tədqiqatda heyrətə salan nəticələr