Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kreml Krımın statusuna yenidən baxılması barədə Polşanın ideyasını absurd hesab edir
"Polşa Xarici İşlər Nazirliyinin Krımı BMT-nin mandatına vermək və 20 ildən sonra regionun statusu ilə bağlı təkrar referendum keçirmək təklifi absurddur".
Oxu.Az-ın məlumatına görə, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Kiyevdəki görüşdə öz ideyası ilə çıxış edib. Bundan sonra regional parlament sədri Vladimir Konstantinov diplomatın təklifinə cavab olaraq Polşanın özünün BMT mandatı altına verilməsini təklif edib.
"Dmitri Peskov" teqi üzrə xəbərlər
- Kreml: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri danışıqlar üçün mürəkkəb mövzudur"
- KİV: Trampın yaxın ətrafı onun Putinə zəng etməyinin əleyhinədir
- Dmitri Peskovdan ABŞ ilə bağlı mühüm açıqlama
- Rusiya Ukrayna ilə "enerji atəşkəsindən" çıxa bilər
- Peskov Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsinə hazırlıqdan danışıb
Ən çox oxunanlar