Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının sessiyasının iclasında Belarus nümayəndə heyətinin olmaması səbəbilə yeni baş katib təyinatı məsələsinin təxirə salınmasına qərar verilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə KTMT baş katibi Nikolay Bordyuja məlumat verib.
Onun sözlərinə görə, Rusiya, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan liderləri bu məsələnin 2017-ci ilin aprel ayına qədər təxirə salınması barədə qərar qəbul edib.
N.О.