Kürd qoşunları bir müddət əvvəl terrorçu İŞİD qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilmiş Suriya şəhəri Kobaniyə nəzarəti geri qaytarıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Frans-Press Agentliyi (AFP) Twitter-də yazıb.
Jurnalistlərə bu barədə məlumatı Suriyada insan hüquqları müşahidə şurasının fəalları və nümayəndələri bildiriblər.
Yaraqlılar Suriyada Kobani şəhərinə iyunun 25-də hücum ediblər.
Bildirilir ki, iyunun 26-da Kobanidə 146 dinc sakin öldürülüb.