Baş nazir Fransua Bayru vergiləri artırarsa, Fransanın ifrat sağçı "Milli Birlik" partiyası hökumətə etimadsızlıq votumu çıxarılması üçün səs verəcək.
Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasında "Milli Birlik" fraksiyasının sədri Marin Le Pen bildirib.
"Əgər Bayru, sələfi Barnye kimi vergiləri artırmağı planlaşdırırsa, o zaman bizi eyni qərarı qəbul etməyə - etimadsızlıq votumuna səs verməyə məcbur edəcək", - deyə o xəbərdarlıq edib.
Le Pen ƏDV-nin artırılmasının əleyhinədir.
"ƏDV-nin artırılması əhalinin ən yoxsul təbəqələri üçün ədalətsiz zərbədir, çünki istehlak əhalinin daha imtiyazlı təbəqələrinə nisbətən aztəminatlı ailələrin xərclərinin daha çox hissəsini təşkil edir", - deyə o hesab edir.