Britaniya paytaxtının tarixində ilk dəfə London polisinə qadın rəhbərlik edəcək. Kressida Dik paytaxtın polis xidmətinin rəhbəri olub, o, bu postda Bernard Hoqan-Hounu əvəz edib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Kressida Dikin sözlərinə görə, Skotlend-Yarda qayıtmasına çox şaddır.
Daha öncə Dik terror əleyhinə milli xidmətin rəhbəri olub. 2014-cü ildə 31 il xidmətdən sonra XİN-də vəzifəyə keçib.
N.О.