Fransa Prezidenti Emmanuel Makron bir daha bildirib ki, o, Fransa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmir.
Bununla belə, o, belə bir addımın atılmasına ehtiyac olmayacağına ümid etdiyini deyib.
“Ümid edirəm ki, Fransa döyüşmək məcburiyyətində qalmayacaq. Fransa sülhpərvərdir. Amma təbii ki, sülh istəyirsənsə, onu müdafiə etməlisən. Buna görə də biz özümüzü silahlandırmalıyıq və bəzən rəqiblərimizə məhdudlaşdırıcı təsir göstərməliyik”, - Makron internet istifadəçilərinin suallarını cavablandıran videoda bildirib.
“Biz rəqiblərimizə deməliyik: Əgər siz həddən artıq uzağa getsəniz, maraqlarımızı, təhlükəsizliyimizi təhdid etsəniz, o zaman ordunun göndərilməsini istisna etmirik”, - deyə Fransa prezidenti bəyan edib.
Eyni zamanda o qeyd edib ki, Fransa təkbaşına hərəkətə keçməyəcək.
“Ukraynalılara daha çox silah ötürməliyik. Nə vaxtsa Rusiya həddi aşsa, biz avropalılar bir yerdə olmalıyıq. Biz Rusiyaya qarşı çəkindirici təsir göstərmək üçün hərəkətə hazır olmalıyıq”, - o əlavə edib.
Mənbə: kommersant.ru
Rəylər