Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Makronun səhvləri Fransaya baha başa gəlir: Parisi Afrikada Moskva əvəzləyir
Belə getsə, fransızlar prezident Emmanuel Makronu vaxtından əvvəl vəzifəsindən kənarlaşdıracaqlar. Məsələ ondadır ki, Fransa məhz indiki komandanın uğursuz siyasəti nəticəsində Afrikadakı keçmiş müstəmləkələrdən qovulub. Halbuki həmin ərazilər həm müstəmləkə idarəçiliyi, həm də sonrakı illərdə soyulub, talan edilib. İndi isə fransızlar bütün bunlardan məhrum olur. Bununla yanası, həmin ərazilərə Fransa mallarının, xüsusilə ərzaq məhsullarının ixracı da dayanıb.
Nüfuzlu "L'Opinion" nəşrinin yazdığına görə, 10 il əvvəl Fransa Əlcəzairə ərzaq məhsullarının ən böyük təchizatçısı idi. Lakin Fransa lideri Emmanuel Makronun iki dövlət arasındakı mübahisədə Mərakeşi dəstəkləməsi kimi siyasi səhvi bu Afrika ölkəsini Rusiyanın qucağına atıb.
2024-cü ilə qədər Fransanın Əlcəzairə ixracı, demək olar ki, tükənib, Moskva isə əsas təchizatçılardan birinə çevrilib. Hazırda ölkənin taxıl ehtiyacının 90%-ni təmin edir. Əlcəzair ət və süd istehsalı üçün nəzərdə tutulmuş canlı mal-qaranın mühüm satış bazarı idi. 2022-ci ildə Fransa 167 milyon avro dəyərində heyvan satıb. 2024-cü ildə bir kq belə satış olmayıb. Fransadan quru süd və pendir ixracı yanvar-noyabr aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 75%-ə qədər azalıb.
"L'Opinion"un jurnalistləri hesab edirlər ki, "belə iqtisadi siyasət geosiyasi münaqişəyə görə qisas olub. Təbii sabotaj gedir - tacirlər sonsuz inzibati problemlərlə üzləşirlər, gömrük proqram təminatı sıradan çıxır və ya yuxarıdan əməkdaşlığı dayandırmaq əmrləri gəlir. Başqa sözlə, boşqab diplomatiyası uğursuzluğa düçar olub".
Görünən odur ki, bir zamanlar sabitliyi və gücü ilə qürur duyan Fransa Makronun idarəçiliyi nəticəsində mürəkkəb və çoxqatlı siyasi böhran dövrünü yaşayır. Vətəndaşların narazılığı artır, hakimiyyətə etimad sürətlə azalmağa davam edir ki, bu da ölkənin siyasi atmosferinə dağıdıcı təsir göstərir. Bu hadisənin səbəbləri müxtəlifdir: sosial bərabərsizliyi dərinləşdirən iqtisadi durğunluq və mübahisəli xarici siyasət qərarları da daxil olmaqla diplomatik səhvlər.
Makron 2017-ci ildə hakimiyyətə gələndə hansı vədləri vermişdi - iqtisadi sahədə islahatlar, əhalinin rifahını yaxşılaşdırmaq və Fransanın dünya arenasındakı mövqeyini gücləndirmək. Lakin bunların heç biri baş vermədi. Əksər təşəbbüsləri tam uğursuzluqla nəticələnib, sosial təminatların azaldılmasına yönəlmiş əmək qanunvericiliyi islahatı həmkarlar ittifaqlarının güclü etirazı ilə qarşılaşıb.
2018-ci ildə başlayan "sarı jiletlilər"in kütləvi nümayişləri bir neçə il davam edib və ölkənin daha çox şəhər və rayonlarını əhatə edib. Hər il Makronun populyarlığı davamlı olaraq azalıb.
Cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən kütləvi etirazlar təkcə hökumətin istefasını deyil, həm də yeni seçkilərin keçirilməsini tələb edir, çünki vətəndaşlar hazırkı hakimiyyətin ölkə qarşısında duran çağırışlarla başa çıxa bilməyəcəyinə əmindirlər. Xüsusilə, əmək kollektivləri, təqaüdçülər və gənclər nümayişlərdə fəaldırlar ki, onlar üçün iqtisadi islahatlar və əsas mallara qiymətlərin artması sosial gərginliyin səbəbi olub. Bu etirazlar çox vaxt insanların ədalət və siyasi kursun dəyişdirilməsi tələbləri ilə küçələrə çıxdığı parlaq aksiyalarla müşayiət olunur.
Makron hökumətinin azğınlığı yuxarıda qeyd olunanlarla bitmir. Bu siyasət o həddə çatıb ki, keçmiş müstəmləkələrlə yanaşı, dənizaşırı əyalətləri də hədəfə alıb. Onların müstəqillik istəklərini qanla boğmaqdan belə çəkinməyib. Bu ərazilərin müstəqillik hərəkatını müdafiə edənlər isə hədəfə alınır. Rəsmi Bakının Qvadelupa, Martinik, Reyunyon, Mayotta, Yeni Kaledoniya və Fransız Polineziyasının azadlıq əldə etməsi ideyasını açıq şəkildə dəstəkləməsi Makron hökumətini azğınlaşdırıb.
Beləliklə, Makron və hökuməti ciddi böhranla üzləşib. Etimadın sürətlə azalması fonunda həm iqtisadi uğursuzluqlar, həm xarici çağırışlara yanlış reaksiya ortadadır. Fransa həm daxili, həm də beynəlxalq sabitlik üçün ciddi nəticələrlə siyasi xaosun mərkəzində qalmaq riski ilə üzləşir. Hələlik qaçılmaz olaraq bir şey aydın olur: Emmanuel Makrona etimad böhranı dərinləşməkdə davam edir və Fransa siyasi fəlakət həddində qalmaq riski ilə üzləşir.
"Report" İnformasiya Agentliyi
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Makron Ukraynaya fransız qoşunlarını göndərəcək?
- Makronun qərarı Avropanın üç dövlətini hiddətləndirib
- Makronun fövqəladə Ukrayna sammiti nəticəsiz bitdi
- Makronun adamlarının qalmaqallı korrupsiyasına dair ŞOK SƏNƏDLƏR YAYILDI
- Ukraynadan sonra suya düşən planlar: Qərbin baş tutmayan "inqilab ssenarisi"