Malayziyanın paytaxtı Kuala-Lumpurda müsəlman ailələrdən olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbdə yanğın nəticəsində azı 25 nəfər həyatını itirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin şimal-şərqində baş verib.
Ölənlər arasında təhsil müəssisəsinin tələbə və müəllimləri var. Hadisə yerində xilasedici və yanğınsöndürənlər işləyir.
A.S.
www.oxu.az