Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"
"Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə ixracı 80% azalacaq, onilliklər ərzində qurulan ticarət zəncirləri pozulacaq".
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Rusiya rəsmisi bildirib ki, Aİİ-yə üzvlük Ermənistana ciddi iqtisadi səmərə verir və rəsmi İrəvanın özü də dəfələrlə bu məsələni təsdiq edib.
"Bu məqam Lavrovla Mirzoyan arasında Moskvada keçirilən görüşdə müzakirə olunub. Təkcə Rusiya ilə ticarət dövriyyəsi ötən il 12 milyard dollara yaxınlaşıb", - deyə M.Zaxarova əlavə edib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Zaxarova: "Rusiya Ukrayna danışıqlarına ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir"
- Zaxarova Zelenski barədə: "Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar?!"
- Mariya Zaxarova "Rus Evi"nin və "Sputnik" redaksiyasının Azərbaycanda bağlanması ilə bağlı danışdı
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"