Fransanın ABŞ-a məxsus “InSight” enmə aparatına yerləşdirilmiş SEIS seysmometri dünyada ilk dəfə olaraq Mars planetində zəlzələ qeydə alınıb.
RİA Novosti xəbər verir ki, bu barədə aprelin 23-də Fransanın CNES kosmik agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, siqnal aprelin 6-da qeydə alınıb. Bu siqnalların Amerikanın “Apollo” kosmik gəmilərinin uçuşları zamanı Ayda qeydə alınmış zəlzələlərə oxşar olduğu bildirilir.